Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının tələbələri Aysel Məmmədova (İnformasiya texnologiyaları, 2-ci kurs) və Lalə Yaqubova (Elektronika mühəndisliyi, 2-ci kurs) Elm və Təhsil Nazirliyinin nəzdində Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramının qalibi olublar.
Qızların şəxsi və peşəkar inkişafına xidmət məqsədi daşıyan proqrama ümumilikdə 791 nəfər müraciət edib, seçim şərtlərinə cavab verən 128 namizəd müsahibə mərhələsinə vəsiqə qazanıb. Bütün mərhələlərdən uğurla keçən 50 tələbə qız proqramın qalibi olub və onlardan 5-i BMU-nun tələbəsidir