Təhsil yerindən əvvəl-sonra

Təhsil yerinə getməmişdən əvvəl aşağıdakı sənədlər İdarəetmə Qrupuna təqdim olunmalıdır:

  • Azərbaycan Respublikası Təhsil nazirinin 18.12.2019-cu il tarixli F-745 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində doktoranturada təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı, təhsili başa çatdıqdan sonra vətəndaşla əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında imzalanmış müqavilə;
  • Ümumvətəndaş pasportunun şəkil və viza (viza tələb olunan ölkələr üçün) olan səhifələrinin surəti - nümunə;
  • Proqram iştirakçısının özü tərəfindən ödənilən xərclərin geri ödənilməsi üçün onun adına Azərbaycan Beynəlxalq Bankında açılmış manat bank hesabının rekvizitləri;
  • Təhsil yerinə getmək üçün beynəlxalq nəqliyyat xərci ilə bağlı məlumat keçiddən əldə edilə bilər;

     

Təhsil yerinə çatdıqdan sonra “2019-2023 DP təqaüd kartı”nın aktivləşdirilməsi üçün aşağıdakı sənədlər İdarəetmə Qrupuna təqdim olunmalıdır:

  • Proqram iştirakçısı aylıq yaşayış xərclərinin ödənilməsinin hesablanması üçün təhsil aldığı xarici ali təhsil müəssisəsi tərəfindən təqdim edilmiş təhsilin başlama və bitmə tarixlərinin (gün, ay və il) göstərildiyi müvafiq səlahiyyətli şəxs tərəfindən imzalanmış və ya möhürlü və üzərində bu sənədin verilmə tarixi əks olunan qeydiyyat  (“enrollment”) sənədi (rus, türk, ingilis dillərindən başqa digər dillərdə olan sənədlər Azərbaycan və ya həmin dillərdən birinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmalıdır) - nümunə;
  • Ümumvətəndaş pasportunun şəkil, ən son Azərbaycandan çıxış və təhsil ölkəsinə giriş möhürü və viza (viza tələb olunan ölkələr üçün) olan səhifələrinin surəti - nümunə;
  • İstifadə olunmuş avia biletin və ya minik talonlarının surəti - nümunə.
     

Qeyd: Təqdim edilən sənədlərdə saxtalaşdırma, qanunsuz hazırlama və s. halları aşkarlanarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) 320.2-ci bəndinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması üçün aidiyyəti üzrə müvafiq tədbirlər görüləcəkdir.