İkili diplom proqramının maliyyələşməsi

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 450 nömrəli 2019-cu il 20 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları”nın 2-ci bəndinə uyğun olaraq beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinin maliyyələşdirilməsi üzrə xərclər aşağıdakı istiqamətlərə bölünür:
 

  • layihələndirmə xərcləri;
  • rəhbər komitənin xərcləri;
  • yerli professor-müəllim və inzibati heyətin xərcləri;
  • əcnəbi professor-müəllim və inzibati heyətin xərcləri;
  • təhsilalanların xərcləri;
  • akkreditasiya xərcləri.

    Layihələndirmə xərcləri:
  • müvafiq ixtisaslar üzrə təhsil proqramlarının (kurikulumların) xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanması;
  • ali təhsil müəssisələrində tədris prosesinin beynəlxalq təcrübə nəzərə alınmaqla təşkili üçün hazırlıqların görülməsi.

    Rəhbər komitənin xərcləri:
  • əməkhaqqı (və ya xidmət haqqı);
  • səfər sığortası xərcləri;
  • viza xərcləri;
  • ezamiyyə xərcləri.

    Yerli professor-müəllim və inzibati heyətin beynəlxalq ikili diplom proqramları çərçivəsində fəaliyyəti ilə bağlı xərclər:
  • əməkhaqqı (və ya xidmət haqqı);
  • səfər sığortası xərcləri;
  • viza xərcləri;
  • ezamiyyə xərcləri;
  • təlim xərcləri.

    Əcnəbi professor-müəllim və inzibati heyətin xərcləri:
  • viza və qeydiyyat xərcləri;
  • əmək fəaliyyəti ilə məşğul olması üçün müvafiq icazə xərcləri;
  • yaşayış xərcləri (yataqxana, mehmanxana və ya mənzil kirayəsi və kommunal xərclər);
  • əməkhaqqı (və ya xidmət haqqı);
  • tibbi sığorta xərcləri;
  • beynəlxalq nəqliyyat xərcləri.

    Təhsilalanların xərcləri:
  • təhsil haqqı;
  • qeydiyyat xərci;
  • tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri;
  • xaricdə təhsil, yay məktəbində və istehsalat təcrübəsində iştirak xərcləri.

    Akkreditasiya xərcləri:
  • Akkreditasiya xərcləri beynəlxalq ikili diplom təhsil proqramlarının beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi üçün ödənilən xərcdir.

 

“2019-2023 Dövlət Proqramı” çərçivəsində ikili diplom proqramının həyata keçirilməsi prosesi – iş axışı barədə keçiddən məlumat əldə edə bilərsiniz.