Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-Vorvik Universiteti (Birləşmiş Krallıq)

content-img

 

Birləşmiş Krallığın Vorvik Universiteti (VU) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 
 
"Bərpa olunan enerji mənbələri" ixtisaslaşması üzrə magistratura səviyyəsində
 
beynəlxalq ikili diplom proqramı: 
 
  • Proqram haqqında ətraflı məlumatla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəsmi veb-səhifəsində tanış olmaq olar;
  • ADNSU və Vorvik Universiteti arasında imzalanmış magistratura səviyyəsində ”Bərpa olunan enerji mənbələri” ixtisaslaşması üzrə ikili diplom proqramına qəbul müvafiq tədris ilində mərkəzləşdirilmiş qəbul imtahanında əldə olunmuş nəticələr əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aparılır. Prosesin ikinci mərhələsində keçid balını toplamış abituriyentlər ADNSU və VU tərəfindən həyata keçiriləcək seçimlərdə iştirak edəcəklər;
  • Tədris dili ingilis dilindədir;
  • Proqram çərçivəsində məzunlara ”Bərpa olunan enerji mənbələri” ixtisaslaşması üzrə ADNSU və Vorvik Universitetlərinin müvafiq diplomları təqdim ediləcəkdir;
  • Proqramın müddəti 4 semestrdir (Yay sessiyası istisna olaraq, tədrisin təşkili ADNSU-da keçiriləcəkdir);
  • Tədrisin 1-ci ilinin II semestrinin sonunda Vorvikdə (İngiltərədə) 6 həftəlik (iyul ayında 4 həftə və avqust ayında 2 həftə) Yay sessiyası həyata keçiriləcəkdir;
  • Proqram tamamilə ödənişsizdir.