Seçim meyarları

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 451 saylı 20 noyabr 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim Qaydaları”na əsasən tərəflərin, ixtisasların və təhsil səviyyələrinin seçimi:

 

  • xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi aşağıdakı meyarlar üzrə aparılır:
  • xarici tərəfdaş ali təhsil müəssisəsinin beynəlxalq reytinqlərdə – “Times Higher Education (THE) World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” yer alması;
  • xarici tərəfdaş ali təhsil müəssisəsinin bakalavr ali peşə-ixtisas dərəcəsi və magistr ali elmi-ixtisas dərəcəsi vermək səlahiyyətinin onun fəaliyyət göstərdiyi ölkənin müvafiq dövlət qurumları, keyfiyyət və akkreditasiyaya məsul aidiyyəti təşkilatları tərəfindən tanınması;
  • xarici tərəfdaş ali təhsil müəssisəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal edilmiş ərazilərində fəaliyyət göstərən qondarma ali təhsil müəssisələri ilə əməkdaşlıq etməməsi;
  • xarici tərəfdaş ali təhsil müəssisəsinin beynəlxalq ikili diplom proqramının icrası üçün irəli sürdüyü şərtlər sırasında əsaslı infrastruktur layihələrinin (bina tikintisi və s.) maliyyələşdirilməsi tələbinin olmaması;
  • xarici tərəfdaş ali təhsil müəssisəsinin yerli ali təhsil müəssisəsi ilə həmin ixtisas üzrə beynəlxalq ikili diplom proqramının həyata keçirilməməsi.


Beynəlxalq ikili diplom proqramının həyata keçiriləcəyi ixtisasların və təhsil səviyyələrinin seçimi aşağıdakı meyarlar üzrə aparılır:

  • ixtisasın Azərbaycan Respublikasının inkişaf prioritetlərinə uyğun sahələrə aid olması;
  • ixtisas üzrə kadr hazırlığının aparılacağı yerli ali təhsil müəssisəsinin maddi-texniki bazasının təlim nəticələrinin əldə olunması tələblərinə cavab verməsi;
  • ixtisas üzrə kadr hazırlığının ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili və ya magistratura təhsil səviyyəsində aparılması.


Qeyd: Xarici tərəfdaş ali təhsil müəssisəsinin, beynəlxalq ikili diplom proqramının həyata keçiriləcəyi ixtisasın və təhsil səviyyəsinin bu Qaydaların 2.1-ci və 2.2-ci bəndlərində göstərilən meyarlara uyğunluğunun qiymətləndirilməsi Nazirlik tərəfindən aparılır.

 

“2019-2023 Dövlət Proqramı” çərçivəsində ikili diplom proqramının həyata keçirilməsi prosesi – iş axışı barədə keçiddən məlumat əldə edə bilərsiniz.