Koreya Respublikasının İNHA Universiteti ilə Bakı Mühəndislik Universitetinin (BMU)
mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində
beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP):
-
2023/2024-cü tədris ili üçün proqrama sənəd qəbulu 5 iyun - 9 avqust 2023-cü tarixləri arası həyata keçiriləcək;
-
Proqram haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz;
-
Proqram 4 ixtisas üzrə bakalavr səviyyəsində aparılır: “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi”;
-
2023/2024-cü tədris ili üçün 4 ixtisas üzrə qəbul planı ümumilikdə 123 nəfərdir;
-
Proqramın müddəti 4 ildir: 3 ili Azərbaycanda, son 1 ili Koreya Respublikasında keçiriləcəkdir;
-
Proqram çərçivəsində tələbələrin Koreya Respublikasında 3 həftəlik yay məktəbində iştirak da nəzərdə tutulmuşdur (1-ci kursun sonunda);
-
Tədris dili BMU-da İngilis dili, İNHA Universitetində isə Koreya dilidir;
-
Tələbələrə BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün Koreya dili dərsləri tədris olunacaq və onlar müvafiq olaraq “TOPİK” sertifikatı əldə etmək üçün imtahanlarda iştirak edəcəklər;
-
Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavr diplomları təqdim ediləcək;
-
Tələbələrin seçimi ilkin olaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (bakalavr) nəticələri əsasında aparılacaqdır. Növbəti mərhələdə keçid balını toplamış abituriyentlər İNHA Universiteti tərəfindən təşkil edilmiş daxili imtahanda iştirak etməlidir;
-
Proqramın məzunları beynəlxalq təcrübə ilə yanaşı, qeyd olunan mühəndislik sahələrində müasir bilik və bacarıqlara da yiyələnəcəklər.