Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 noyabr tarixli 452 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun (bundan sonra İdarəetmə Qrupu) yaradılması haqqında Əsasnamənin 1.1-ci yarımbəndinə əsasən İdarəetmə Qrupu Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılır.
Eyni zamanda, Prezident İlham Əliyevin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı"nın icrasına nəzarəti, yaranan problemlərin vaxtında həlli üçün tədbirlər görülməsini və icraçı qurumlar arasında əlaqələndirmənin düzgün təşkili İdarəetmə Qrupu vasitəsilə həyata keçirilir.
İdarəetmə Qrupu:
1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tərəfdaş xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkilində iştirak edir;
2. Xaricdə bakalavriat, magistratura və doktorantura səviyyəsində təhsil almaq üçün sənədlərin qəbulu barədə elanın verilməsini, müraciətlərin qiymətləndirilməsini, namizədlərin seçiminin aparılmasını, onların xaricdə təhsilinin təşkilini və maliyyələşdirilməsini təmin edir;