“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə dotorantura təhsili almaq hüququ qazanmış Azərbaycan Respublikası vətəndaşları ilə 3 tərəfli (Təhsil Nazirliyi, razılıq məktubunu təqdim edən yerli ali təhsil müəssisəsi və proqram iştirakçısı) müqavilə imzalanır. Sözügedən müqavilə forması Azərbaycan Respublikası təhsil nazirinin 18.12.2019-cu il tarixli F-745 nömrəli əmri ilə təsdiq edilib.
Proqram iştirakçısının təhsilinin maliyyələşdirilməsi sözügedən müqavilə əsasında həyata keçirilir.
Həmin müqavilə üzrə proqram iştirakçısı keçiddə verilən öhdəlikləri üzərinə götürür: