Türkiyənin “Ege Üniversitesi” ali təhsil müəssisəsi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin “aqrar elmlər” ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində
beynəlxalq ikili diplom proqramı:
-
Proqram çərçivəsində 2023/2024-cü tədris ilində qəbulla bağlı elan paylaşılacaqdır;
-
tələbələrin seçimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (bakalavr) nəticələri əsasında aparılacaqdır;
-
proqramlar aqrar elmlər istiqaməti üzrə 4 ixtisas çərçivəsində keçiriləcək;
-
təhsil müddətinin sonunda tələbələr ADAU tərəfindən “Aqromühəndislik”, “Aqronomluq”, “İqtisadiyyat” və “Bitki mühafizəsi" ixtisasları üzrə, Ege Universiteti tərəfindən isə müvafiq olaraq “Kənd təsərrüfatı maşınları və texnologiyaları”, “Tarla bitkiləri”, “Aqrar iqtisadiyyat” və “Bitki mühafizəsi” ixtisasları üzrə bakalavr diplomları əldə edəcəklər;
-
hər bir ixtisas üzrə illik qəbul planı 30 nəfərdir;
-
proqramın müddəti 4 ildir;
-
tədrisin 3 ili Gəncədə ADAU-da, son 1 ili isə İzmirdə Ege Universitetində keçiriləcək;
-
tədris dili ADAU-da azərbaycanca, Ege Universitetində türkcə olacaq;
-
tələbələrə ADAU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün türk dili dərsləri tədris olunacaq.