ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin
“Kompüter elmləri və verilənlərin təhlili” və "Elektrik və elektroenergetika mühəndisliyi" ixtisasları üzrə
magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı:
-
Proqram üçün sənəd qəbulu 01.04.2023-ci il tarixində başa çatmışdır;
-
Proqram haqqında ətraflı məlumatla ADA Universitetinin müvafiq veb səhifəsində (Kompüter elmləri və verilənlərin təhlili , Elektrik və elektroenergetika mühəndisliyi ) tanış olmaq olar;
-
Tələbələrin seçimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ayrıca qəbul imtahanlarının (magistratura) nəticələri əsasında aparılacaq, ikinci mərhələdə keçid balını toplamış abituriyentlər ADA və CVU tərəfindən həyata keçiriləcək seçimlərdə iştirak edəcəklər;
-
Proqram çərçivəsində məzunlara “Kompüter elmləri və verilənlərin təhlili” üzrə ADA və CVU-nin diplomları təqdim ediləcəkdir;
-
Tədris dili ingilis dilində olacaqdır;
-
Poqramın müddəti 5 semestrdir (3 semestr ADA, 2 semestr CVU-da olacaqdır);
-
CVU-da təhsil müddətində tələbələr universitetin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin (SEAS) dünya səviyyəli obyektlərində dərs alacaqlar. Eyni zamanda, ən müasir laboratoriyalardan, SEAS (School of Engineering and Applied Sciences) mərkəzlərindən və institutlarından faydalanacaqlar;
-
Proqram iştirakçılarının bəzi xərcləri BP və onun tərəfdaşları tərəfindən maliyyələşdiriləcəkdir;
-
Proqramın məzunları kompüter elmləri, verilənlərin təhlili, informasiya texnologiyaları və s. sahələrdə bacarıqlara yiyələnəcəklər.