İxtisas sahələri

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın 6.1-ci yarımbəndində sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə ixtisas sahələrinin siyahısı qeyd edilmişdir. 

- informasiya texnologiyaları;

- mühəndislik;

- statistika və verilənlərin təhlili;

- fundamental və tətbiqi elmlər;

- ictimai səhiyyə;

- təhsil;

- ətraf mühit;

- aviasiya və kosmos;

- dövlət idarəetməsi;

- nəqliyyat və logistika;

- energetika;

- iqtisadiyyat;

- maliyyə;

- arxitektura və dizayn;

- kənd təsərrüfatı. 

 

"2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" çərçivəsində təhsil üçün prioritet ixtisas sahələrinə uyğun təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələrinin 2024/2025-ci tədris ili üçün siyahısı ilə keçid linki vasitəsilə tanış olmaq olar.