Bakı Dövlət Universiteti - Yerusəlim İbrani Universiteti (İsrail)


content-img

Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universitetinin (HUJI)

ikili diplom proqramı:

 

  • Proqram üçün sənəd qəbulu 10 iyul 2023-cü il tarixində başa çatmışdır; 
  • Proqram haqqında ətraflı məlumatla Bakı Dövlət Universitetinin rəsmi veb səhifəsində http://bsu.edu.az/ tanış olmaq olar;
  • BDU və HUJI arasında imzalanmış magistratura səviyyəsində ”Biotexnologiya” ixtisaslaşması üzrə ikili diplom proqramına qəbul müvafiq tədris ilində mərkəzləşdirilmiş qəbul imtahanında əldə olunmuş nəticələr əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.
  • Tədris dili ingilis dilində olacaqdır;
  • Proqram çərçivəsində məzunlara ”Biotexnologiya” ixtisaslaşması üzrə BDU və HUJI-nin diplomları təqdim ediləcəkdir;
  • Tədrisin 1-ci  ilinin I semestrində təhsil BDU-da, II semestrində isə HUJI-də (İsraildə) həyata keçiriləcəkdir. Tələbə təhsilinin ikinci ilini BDU-da davam etdirməklə BDU-nun və HUJİ-nin (İsrail) “non-thesis” dissertasiya müdafiəsi olmadan magistr diplomunu alacaqdır.
  • Proqramın birinci tədris ilini fərqlənmə ilə bitirən tələbələr  tədrisin ikinci ilində HUJI-nin “thesis” dissertasiya müdafiəsi olmaqla proqramına qatılma imkanı qazanacaq və BDU-nun və HUJI-nin “thesis” magistr diplomunu alacaqlar.