“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” 2018-ci il noyabrın 16-sında Azərbaycan Respublikasının Prezidentinin 711 nömrəli Sərəncamı təsdiq edilib. Dövlət Proqramının icrası iki istiqaməti özündə ehtiva edir:
-
Dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə Azərbaycan ali təhsil müəssisələri arasında ölkə iqtisadiyyatı üçün prioritet sahələr üzrə beynəlxalq ikili diplom proqramlarının təsis olunması;
-
Azərbaycan ali təhsil müəssisələri üçün yüksək elmi-tədqiqat bacarıqlarına malik milli kadrların hazırlanması məqsədilə xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi.
Dövlət Proqramının icrası Azərbaycan Respublikasının Dövlət Neft Fondunda bu məqsədlə nəzərdə tutulan vəsait hesabına həyata keçirilir.