Dövlət Proqramıİdarəetmə Qrupu
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 444 saylı 13 noyabr 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları”nın 2.1.4-cü yarımbəndinə uyğun olaraq, namizədin təhsil almaq istədiyi və ya təhsil aldığı xarici ali təhsil müəssisəsinin (namizədin təhsili iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, onların hər birinin) aşağıdakı beynəlxalq reytinqlərin hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500-cü yerdən aşağı olmayan sırada yer almalıdır.
Müvafiq ali təhsil müəssisələrinin siyahısı ilə aşağıdakı keçidlərdən tanış ola bilərsiniz: