Azərbaycan Respublikası Nazirlər Kabinetin 1 iyun 2022-ci il tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın 1.4-cü bəndinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat/magistratura səviyyəsi üzrə təhsili almaq istəyən tələbələrlə 2-tərəfli müqavilə bağlanılır. Sözügedən müqavilə forması Azərbaycan Respublikası elm və təhsil nazirinin 07.07.2022-ci il tarixli F-436 nömrəli əmri ilə təsdiq edilmişdir.
Proqram iştirakçısının təhsilinin maliyyələşdirilməsi sözügedən müqavilə əsasında həyata keçirilir.
Həmin müqavilə üzrə proqram iştirakçısı keçiddə verilən öhdəlikləri üzərinə götürür: