Dövlət Proqramıİdarəetmə Qrupu
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 218 nömrəli 1 iyun 2022-ci il tarixli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın 2.1.6-cı yarımbəndinə uyğun olaraq, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi proqram iştirakçılarının bank və plastik kart xərclərini də əhatə edir.
Həmin Qaydanın 2.9-cu yarımbəndinə uyğun olaraq, bank və plastik kartların xərclərinə proqram iştirakçılarnın təqaüd kartlarına görə tələb edilən illik xidmət haqqı və təhsilinin maliyyələşdirilməsi ilə bağlı bank xidmətləri haqqının ödənilməsi xərcləri aiddir.