Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan IV kurs tələbələri İzmir şəhərinə çatıblar.
Tələbər Ege Universitetində bir tədris ili təhsil alaraq buradan məzun olub hər iki universitetin diplomunu əldə edəcəklər.
Beynəlxalq ikili diplom proqramının tələbələri ilə görüşən Ege Universitetinin rektoru Necdet Budak onları salamlayaraq, uğurlar arzu edib.
Daha sonra tələbələrə tələbə biletləri təqdim olunub.