• 05.03.2024
  • 192
BMU-İNHA İDP-nin iki komandası “Robotex Azərbaycan”da birinci yeri tutub

“Robotex Azərbaycan Avrasiya Çempionatı” Festivalında çıxış edən hər iki komanda-“ROBOXIDE” (Alpər Qəhrəmanlı, Məhəmməd Qurbanzadə, Nicat Məlikli) və “A-MAZE”  (Nihad Məhərrəmov, Şahanə Mirəliyeva, Murad Kərimli, Yelmar Fərhadov, Elturan Əliyev, Nəsib Əhmədov, Sənan Muradxanov) birinci yerin qalibi olub.


“Robotex Türkiye” çərçivəsində keçirilən Azərbaycan mərhələsində çıxış edən BMU-nun tələbələrindən ibarət “ROBOXIDE” komandası “1 Kg-Lego Sumo” kateqoriyası, “A-MAZE” komandası isə “Maze solving” (“Labirint həlli”) kateqoriyası üzrə ilk yeri tutub.


Hər kateqoriyada ilk 3 yeri qazanan komandalar ölkəmizi yarımfinal mərhələsində 20-21 aprel 2024-cü il tarixlərində Antalyada keçiriləcək “Robotex Türkiyə” Milli Cempionatında təmsil edəcəklər. 18 ölkənin qatılacağı bu mərhələdə fərqlənən komandalar isə noyabr ayında Estoniyada təşkil ediləcək dünya çempionatında iştirak hüququ qazanacaqlar.

 

Qalereya