• 03.06.2022
  • 285
DP məzunlarının xaricdə təhsili ilə əlaqədar məlumatları myGov portalına inteqrasiya olunub
Məlumat üçün bildiririk ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində məzun olmuş vətəndaşların xaricdə aldıqları təhsili təsdiq edən diplom haqqında məlumatlar “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunub.
 
Portalda xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının ölkə ərazisində tanınması mərhələsini keçmiş xarici diplomlar haqqında məlumatlar əks olunur. Sözügedən portaldan istifadə edərək Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları təhsillərinə dair məlumatları və müvafiq elektron arayışı asanlıqla əldə edə bilərlər.