• 03.06.2022
  • 1444
“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ikinci sənəd qəbuluna indidən hazırlaşın

Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2022-ci il üzrə ikinci sənəd qəbulunda iştirak etməyə dəvət edir.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı keçiddən əldə oluna bilər.

Proqrama müraciət tarixləri iyul-sentyabr aylarını əhatə edəcək.

Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya dpinfo@edu.gov.az mail ünvanına müraciət oluna bilər.