• 18.01.2022
  • 386
"Xaricdə təhsil doktorantura təhsili doktorantların gözü ilə" adlı məlumat sessiyası

“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üzrə "Xaricdə doktorantura təhsili doktorantların gözü ilə" adlı məlumat sessiyası həyata keçiriləcəkdir.

 

Məlumat sessiyasında "2019-2023 Dövlət Proqramı" çərçivəsində müxtəlif ölkələrdə doktorantura təhsili alan doktorantlar öz təəssüratlarını bölüşəcəklər:

  • Turac Əliyeva – Türkiyə, “İstanbul Universitesi”, Humanitar və sosial ixtisaslar istiqaməti
  • Günay Kazımzadə - Almaniya, “Berlin Technical University”, Texniki və texnoloji ixtisaslar istiqaməti
  • Mədinə Quliyeva – Birləşmiş Krallıq, “University College London”, Səhiyyə və rifah ixtisas istiqaməti
  • Elxan Yusifov – İsveçrə, “Zurich University”, Təbiət ixtisasları istiqaməti

 

Eyni zamanda,  xaricdə doktorantura təhsilinə qəbul üçün tələb olunan sənədlər, seçim meyarları və digər məsələlər sessiyada müzakirə olunacaqdır.

Qeyd edək ki, prioritet ixtisas istiqamətləri üzrə dünyanın top 500 universitetində doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər proqrama müraciət edə bilər.

 

Görüşə dair məlumatlar:

Görüşün formatı: onlayn

Platforma: Microsoft Teams

Tarix: 21.01.2022

Görüşün saat: 16.00

 

Qeyd edək ki, məlumat sessiyasında iştirak qeydiyyatladır və qeydiyyat üçün son tarix  20.01.2022-ci il saat 17.00-dur.

 

Qeydiyyat üçün linkə keçid oluna bilər.