• 29.05.2025
  • 78
Dövlət Proqramı məzunu “Qlobal Layihə İdarəetmə Forumu”nda çıxış edib

Dövlət Proqramı məzunu Firuzə Nəsibzadə, 17-19 may tarixlərində keçirilən “Qlobal Layihə İdarəetmə Forumu”nda “Qlobal Rəqəmsal Layihə İdarəetmə Cəmiyyəti Qurulması” mövzusu ilə spiker kimi çıxış edib. 
 

Təqdimatında “IPM Hub” platformasının qlobal layihə menecmenti şəbəkəsinin qurulmasına dair praktiki yol xəritəsini təqdim edərək rəqəmsal transformasiya və süni intellektin bu sahədəki rolunu vurğulayıb.

Qeyd edək ki, Firuzə Nəsibzadə "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu "University College London (UCL)" ali təhsil müəssisəsində “Təhsil” ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsil alb.


Dövlət Proqramı məzununu təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!
Qalereya