• 27.05.2025
  • 77
Dövlət Proqramının iştirakçısı Ohayo Dövlət Universitetində təqdimatla çıxış edib
Dövlət Proqramı iştirakçısı, ABŞ-nin nüfuzlu Yale Hüquq Məktəbinin magistr tələbəsi Orxan Abdulkərimli Ohayo Dövlət Universitetində keçirilən “IV İllik Kibertəhlükəsizlik Hüququ və Siyasəti üzrə Tədqiqatçılar Konfransı” tədbirində “Açıq mənbə proqram təminatlarının kommersiya statusu” mövzusunda təqdimat ilə çıxış edib.
 
Orxan Abdulkərimlinin təqdimatdakı məqaləsi  “Avropa İttifaqının Kiberdayanıqlılıq Aktı kontekstində açıq mənbə proqram təminatlarının kommersiya statusunun müəyyənləşdirilməsi” mövzusuna həsr olunmuşdur. Məqalədə Avropa İttifaqının sözügedən Aktda təsbit etdiyi ikili (kommersiya/qeyri-kommersiya) yanaşmanın hüquqi və texnoloji baxımdan qeyri-kafi olduğu vurğulanmış və müəllifin təklif etdiyi üçölçülü model (proqramlaşdırma niyyəti, monetizasiya mexanizmləri və təchizat zəncirindəki rol) təqdim olunmuşdur.