Türkiyənin EGE Universitetində ADAU-EGE beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri tərəfindən ”Xarıbülbül” tədbiri keçirilib.
Tədbirin məqsədi Azərbaycan mədəniyyətini, tarixini və zəngin milli irsini tanıtmaq olub. Proqram çərçivəsində iştirakçılara Azərbaycanın milli rəqsləri, yeməkləri, sənət əsərləri, musiqi və şerləri təqdim olunub.