Məlumat üçün bildirmək istərdik ki, Dövlət Proqramı iştirakçısı Turanə Abdullayeva “17-ci NNDR KONFRANSI: YERLİ VƏ QLOBAL KONTEKSTDƏ ƏLİLLİK” (“17TH NNDR CONFERENCE: DISABILITY IN LOCAL AND GLOBAL CONTEXTS”) konfransında iştirak edib.
Konfrans çərçivəsində araşdırma ilə çıxış edən Porqram iştirakçısı daha sonra auditoriyanın suallarını cavablandıraraq faydalı rəylər alıb.
Qeyd edək ki, Turanə Abdullayeva "2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Sheffield” ali təhsil müəssisəsində İnklüziv təhsil ixtisası üzrə doktorantura səviyyəsində təhsilini davam etdirir.
Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!