• 14.05.2025
  • 39
Dövlət Proqramı təqaüdçüsü tələbə cəmiyyətinin nümayəndəsi seçilib

Məlumat üçün bildirmək istərdik ki, Proqram iştirakçısı Selcan Şərifzadə təhsil aldığı ali təhsil müəssisəsində Amerika Kimya tələbə cəmiyyətinin (NUS Student Chapter və ya qısaca eth“NUS-ACSSC”) nümayəndəsi seçilib.
 

Qeyd edək ki, cəmiyyət 2014-cü ildə yaradılıb və məqsəd isə mentorluq proqramları, sənaye səfərləri və peşəkarlarla görüşlər kimi tədbirlər təşkil etməklə kimya elmi üzrə hazırkı tələbələrə geniş biliklər ötürməkdir.
 

Qeyd edək ki, Selcan Şərifzadə "2022-2028 Dövlət Proqramı" çərçivəsində Sinqapur Respublikasının "National University of Singapore" ali təhsil müəssisəsində “Fundamental və tətbiqi elmlər" ixtisas istiqaməti üzrə bakalavriat səviyyəsində təhsil alır.
 

Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!