• 22.04.2025
  • 135
Dövlət Proqramı iştirakçısının akademik uğuru

Dövlət Proqramı iştirakçısı Aygün Bədəlova, demensiya sahəsində apardığı tədqiqat ilə beynəlxalq “Demensiya Konfransı”nda çıxış edib və “Ən Yaxşı Təqdimat Qalibi” nominasiyası üzrə 300-dən çox səs toplayaraq qalib seçilib.
 

Sözügedən konfrans 2025-ci ilin mart ayında Londonda “Dementias Platform UK” və “Alzheimer's Society” tərəfindən təşkil edilmişdir. Konfrans çərçivəsində Proqram iştirakçısı diplom və pul mükafatı ilə təltif olunub. 


Qeyd edək ki, Aygün Bədəlova "2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “University College London" ali təhsil müəssisəsində Səhiyyə və rifah ixtisas istiqaməti üzrə doktorantura təhsili alır.
 

Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!

 
Qalereya