"2019-2023 Dövlət Proqramı" çərçivəsində İspaniya Krallığının "University of Barcelona" ali təhsil müəssisəsində "İqtisadiyyat və idarəetmə" ixtisas istiqaməti üzrə doktorantura səviyyəsində təhsil almış Səbuhi Xəlili 18 sentyabr tarixində ADA Universiteti ilə onlayn seminar keçirmişdir. Onun çıxışı "Süni intellekt vasitəsi ilə dövlət borcu və valyuta bazarlarında sistemik riskin ölçülməsi" mövzusunda olmuşdur.