• 20.09.2023
  • 656
Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb

Daxil olmuş müraciətləri nəzərə alaraq, xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2023-cü il üçün həyata keçirilən son sənəd qəbulunun müddəti uzadılıb. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 30 sentyabr 2023-cü il saat 23:59-dək uzadılıb. 

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı ,  elana dair ətraflı məlumat və qeydiyyat linki  müvafiq keçidlərdən əldə oluna bilər.

Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya dpinfo@edu.gov.az mail ünvanına müraciət oluna bilər.