• 08.09.2021
  • 1695
2022-ci ilin yaz semestri üzrə xaricdə doktorantura təhsili

Xaricdə doktorantura təhsili almaq istəyən namizədlərin nəzərinə!

“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir.

Proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulmuşdur.

Müraciət üçün tələb olunan sənədlərin siyahısı:

  • Dünyanın top 500 universitetlərdən birindən prioritet ixtisas istiqaməti üzrə qəbul sənədi;
  • Yerli ali təhsil müəssisəsindən razılıq məktubu;
  • Tədqiqat işi (azərbaycan dilində və 2000 sözdən az olamayaraq);
  • Diplom(lar) və əlavəsi(ləri);
  • Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd;
  • Tövsiyyə məktubları (2 ədəd);
  • Sağlamlıq haqqında arayış (AZS – 086/1);
  • Elmi məqalələrin surəti (mövcud olduğu halda);
  • CV.

Növbəti sənəd qəbulu 2022-ci ilin yaz semestri üzrə həyata keçiriləcəkdir.

Sənəd qəbulununa indidən hazırlaşın!