• 03.07.2023
  • 219
"2019-2023 Dövlət Proqramı" doktorantının uğuru

"2019-2023 Dövlət Proqramı" çərçivəsində İsveçrənin "Zurich University" ali təhsil müəssisəsində təbiət ixtisas istiqaməti üzrə təhsil alan doktorant Elxan Yusifov “2007-2015 Dövlət Proqramı” çərçivəsində Kanadanın “Queen`s University” ali təhsil müəssisəsindən məzun olan Cəmil Muradov ilə birgə “Azərbaycan Neyroelm Cəmiyyəti” (ANC) təsis etmişdir. Azərbaycanda ilk neyroelm cəmiyyəti olan ANC-nin məqsədi sinir sisteminin heyrətamiz inkişafını tədqiq edən peşəkarlar arasında tədqiqat, təhsil və əməkdaşlığın inkişaf etdirilməsidir. Qeyd edək ki, cəmiyyətin idarə heyətinin üzvlərindən ikisi - Sadiq Niftullayev və Ərtoğrul Alışbəyli - “2007-2015 Dövlət Proqramı” çərçivəsində Kanadada neyroelm üzrə bakalavr təhsili almışlar və hazırda bu istiqamətdə araşdırlmalarını davam etdirirlər.

ANC haqqında ətraflı məlumat vebsaytdan əldə oluna bilər: neuroscience.az