• 07.03.2023
  • 851
Dövlət Proqramına dair canlı məlumat sessiyası
Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Proqramı İdarəetmə Qrupu və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşlığı ilə “İşgüzar söhbətlər” layihəsi çərçivəsində ““2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavr və magistr təhsili” vebinarı keçiriləcəkdir.
Vebinara qoşularaq gənclər üçün xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində Dövlət Proqramının yaratdığı təhsil alma imkanları barəsində məlumat əldə oluna bilər.
Vebinarda spiker qismində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova iştrak edəcəkdir.
Qeyd edək ki, görüş 10 mart, 20:00-da “Zoom” platformasında keçiriləcəkdir.
Qeydiyyat üçün aşağıdakı linkə daxil ola bilərsiniz.