• 23.01.2023
  • 618
“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2023-cü il üzrə ilk sənəd qəbuluna indidən hazırlaşın

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə həyata keçiriləcək ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı  və  elana dair ətraflı məlumat müvafiq keçidlərdən əldə oluna bilər.

Proqrama müraciət tarixləri fevral-aprel aylarını əhatə edəcək.

Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya dpinfo@edu.gov.az mail ünvanına müraciət oluna bilər.