• 10.08.2022
  • 610
"Real İntervyu" da Dövlət Proqramı haqqında

"2019-2023 Dövlət Proqramı" İdarəetmə Qrupunun rəhbəri Turan Topalova Real TV-nin "Real İntervyu" verilişinin qonağı olmuşdur. Turan Topalova verilişdə "2022-2026 Dövlət Proqramı" çərçivəsində həyata keçirilən qəbulun ilkin nəticələrinə, magistratura səviyyəsi üzrə mövcud  kvotada boş təqaüd yerlərinin olduğunu nəzərə alaraq 10-25 avqust 2022-ci il tarixlərində yenidən sənəd qəbulu elan olunmasına və xaricdə doktorantura təhsil səviyyəsinə sənəd qəbulun 15 sentyabr 2022-ci il tarixinədək davam etməsinə dair məlumat vermişdir.