• 09.08.2022
  • 282
Xaricdə doktorantura təhsilinə dair canlı məlumat sessiyası
"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə dair 12.08.2022-ci il, saat 16:00-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəsmi Instagram hesabı üzərindən canlı məlumat sessiyası həyata keçiriləcəkdir. Məlumat sessiyasında proqrama dair ətraflı məlumat verilərək suallar cavablandırılacaqdır. 
Qeyd edək ki, 2022-ci il üzrə xaricdə doktorantura təhsilinə dair ikinci sənəd qəbuluna 15.07.2022-ci ildə start verilmiş, 15.09.2022-ci il tarixinədək davam edəcəkdir. 
Elanla keçiddən tanış ola bilərsiniz.