• 18.02.2021
  • 1797
İkili diplom proqramı üzrə sənəd qəbulu başa çatdı

ABŞ-ın Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında magistratura səviyyəsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində “Təhsil ixtisası" üzrə 2021-2022-ci tədris ili üçün sənəd qəbulu başa çatdı.

 

Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 2 ildir və bu müddət tam olaraq Azərbaycanda keçirilir. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.

 

İkili diplom proqramı ilə bağlı əlavə məlumat və müraciət qaydaları ilə elan vasitəsilə tanış olmaq mümkündür.