Dövlət Proqramı İdarəetmə Qrupu (DPİQ) tərəfindən Azərbaycan-Britaniya Kollecində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” haqqında məlumatlandırma sessiyası keçirilib. Sessiyanın əsas məqsədi şagirdləri Dövlət Proqramının təqdim etdiyi xaricdə təhsil imkanları barədə məlumatlandırmaq olub.
Görüş zamanı iştirakçılara Dövlət Proqramının qarşıya qoyduğu məqsədlər, müraciət və seçim prosedurları, namizədlərə qoyulan tələblər, qiymətləndirmə meyarları və müraciət zamanı təqdim edilməsi zəruri olan sənədlər barədə ətraflı məlumat verilib. Eyni zamanda Proqram çərçivəsində müəyyən edilmiş prioritet ixtisas sahələri, xarici ali təhsil müəssisələrinin seçilməsi ilə bağlı əsas şərtlər və təqaüdçülər üçün nəzərdə tutulan maliyyələşdirmə imkanları diqqətə çatdırılıb.
Görüşün sonunda interaktiv sual-cavab sessiyası təşkil edilib. Şagirdlərin Dövlət Proqramına müraciət, universitet və ixtisas seçimi, qəbul şərtləri və maliyyələşdirmə imkanları ilə bağlı sualları cavablandırılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.