• 23.10.2026
  • 12
ADA–CVU İkili Diplom Proqramı üzrə Rəhbər Komitənin görüşü keçirilib

Dövlət Proqramı çərçivəsində ADA Universiteti ilə ABŞ-nin Corc Vaşinqton Universiteti  arasında icra olunan magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti iclası ADA Universitetində keçirilib.

 

Görüşdə ADA Universitetinin akademik məsələlər üzrə prorektoru Elkin Nurməmmədov, İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzatdin Adamov, tələbə qəbulu və tələbə məsələləri üzrə prorektoru Günay Ziyadova, Corc Vaşinqton Universitetinin Kompüter elmləri departamentinin rəhbəri Rebekka Hva, Elektrik və kompüter mühəndisliyi departamentinin rəhbəri Tarek Əl-Qəzavi, həmin departamentin rəhbər vəzifəsini icra edən Can Korman, Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, Beynəlxalq ikili diplomlar şöbəsinin müdiri Aytən Şadlinskaya, eləcə də tərəfdaş universitetlərin nümayəndələri iştirak ediblər.

 

Görüş zamanı “Kompüter elmləri və verilənlərin təhlili”, “Elektrik və elektroenergetika mühəndisliyi” və “Kompüter mühəndisliyi və yüksək performanslı hesablamalar” ixtisasları üzrə həyata keçirilən üç magistratura proqramının inkişaf göstəriciləri, tədris prosesinin cari vəziyyəti və tələbə qəbulu planları müzakirə olunub.

 

Eyni zamanda mövcud əməkdaşlıq müqaviləsinə təklif olunan dəyişikliklər, proqramların davamlı inkişafı və tərəfdaş universitetlər arasında akademik əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

Qalereya