• 01.06.2026
  • 23
BMU-İNHA İDP çərçivəsində Koreya Respublikasında Rəhbər Komitənin növbəti iclası keçirilib

Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) üzrə Rəhbər Komitənin növbəti iclası keçirilib.

 

Koreya Respublikasında baş tutan iclasda çıxış edən BMU-nun rektoru Yaqub Piriyev ötən dövrdə proqram çərçivəsində görülən işləri vurğulayıb. Yaqub Piriyev həmçinin tələbələrin qarşılaşdığı problemlər, təhsilin təşkili, o cümlədən növbəti məzun buraxılışı məsələlərinə toxunub, onların həlli istiqamətində əməli tədbirlərə başlanılmasının zəruri olduğunu vurğulayıb.

 

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov və DPİQ-in İkili diplom proqramları üzrə layihə rəhbəri Aytən Şadlinskaya isə tədbirə onlayn şəkildə qatılaraq çıxış ediblər.

 

Sonra iclasın gündəliyinə daxil olan məsələlər barədə BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli geniş təqdimatla çıxış edib. Təqdimatda ötən ilin maliyyə hesabatı, 2026-cı il qəbul cədvəli, TOPİK testinin nəticələri, xüsusi halları olan tələbələr barədə müzakirə, 2025/2026-cı tədris ilinin payız semestri üzrə tədris nəticələri, 2026-cı təqvim ili üzrə planlaşdırılan fəaliyyətlər, müqavilənin 2-ci mərhələsi barədə barəsində Rəhbər Komitə üzvlərinə məlumat verilib. 

 

Digər çıxış və müzakirələrin ardınca səs çoxluğu ilə müvafiq qərarlar qəbul olunub.

 

Qeyd edək ki, BMU-İNHA İDP üzrə Rəhbər Komitənin iclası payız və yaz sessiyası olmaqla ildə iki dəfə keçirilir.