Dövlət Proqramına sənəd qəbulu, habelə sənədlərdə tələb olunan düzəlişlərlə bağlı bildirişlərin göndərilməsi prosesi tam elektronlaşdırılmışdır və yalnız portal.edu.az platforması üzərindən həyata keçirilir.
Bu səbəbdən Dövlət Proqramı İdarəetmə Qrupunun yerləşdiyi ünvanda sənəd qəbulu üzrə əyani vətəndaş qəbulu həyata keçirilmir.
Sənədlərinizdə tələb olunan düzəlişlərə dair bildirişlərlə bağlı suallarınızı yalnız dp22-28@edu.gov.az elektron poçt ünvanına yönləndirməyiniz xahiş olunur.
Müraciətləriniz ən qısa zamanda elektron qaydada cavablandırılacaqdır.
Sizə uğurlar arzulayırıq!