Portal.edu.az platformasında həyata keçirilmiş son yenilik nəticəsində Dövlət Proqramı iştirakçıları üçün məzun hesabatlarının təqdim edilməsi prosesi sadələşdirilmişdir. Artıq proqram iştirakçıları məzun hesabatlarını birbaşa şəxsi kabinetləri vasitəsilə onlayn şəkildə təqdim edə biləcəklər.
Tətbiq edilən bu yenilik hesabatların təqdim olunması prosesinin daha operativ və məzun yönümlü şəkildə həyata keçirilməsinə imkan yaradır. İştirakçılar şəxsi kabinetə daxil olaraq yalnız hesabatlarını təqdim etməklə kifayətlənməyəcək, eyni zamanda təhsil müddətində əldə etdikləri akademik və qeyri-akademik nailiyyətləri də ətraflı şəkildə sistem üzərindən qeyd edə biləcəklər.
Yaradılmış bu imkan məzun məlumatlarının daha sistemli şəkildə toplanmasına və təqdim edilməsinə şərait yaradır.
Təlimatla tanış olmaq üçün keçiddən istifadə edə bilərsiniz.