Dövlət Proqramının iştirakçısı Ülviyyə Babayeva hazırda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, dünyanın aparıcı ali təhsil müəssisələrindən biri olan University College London (UCL) universitetində, Bartlett Faculty of the Built Environment nəzdində “Innovation, Public Policy and Public Value” ixtisası üzrə magistr təhsili alır. Təhsil müddətində nümayiş etdirdiyi yüksək akademik göstəricilər, analitik və sistemli düşüncə tərzi, eləcə də innovasiya və ictimai dəyər yönümlü siyasət sahəsində apardığı akademik fəaliyyətlər əsasında Ülviyyə Babayeva UCL Bartlett fakültəsi tərəfindən Bartlett Student Ambassador statusuna seçilmişdir. Bu status fakültə daxilində yalnız seçilmiş və akademik baxımdan fərqlənən tələbələrə təqdim olunan rəsmi təmsilçilik roludur. Bartlett Student Ambassador kimi o, fakültəni beynəlxalq akademik platformalarda və gələcək tələbələr üçün təşkil olunan məlumatlandırıcı sessiyalarda təmsil edir, Bartlett-in analitik yanaşma və ictimai dəyər mərkəzli təhsil modelinin tanıdılmasına töhfə verir. Bu çərçivədə Ülviyyə Babayeva bir növ UCL Bartlett fakültəsinin beynəlxalq akademik mühitdə siması kimi çıxış edir.
Tələbəmizi təbrik edirik! Uğurlar arzulayırıq!