Sevinc hissi ilə bildiririk ki, tələbəmiz Mansur Səmədov Sinqapur Beynəlxalq Arbitraj Mərkəzində (Singapore International Arbitration Centre – SIAC) keçirilən nüfuzlu təcrübə proqramına seçilərək böyük uğura imza atıb!
Proqram üzrə seçimlər son dərəcə rəqabətcil olub və Sinqapur Milli Universitetindən (NUS) yalnız üç nəfər bu imkandan yararlanıb. Tələbəmizin həm yazılı müraciət, həm də müsahibə mərhələlərini uğurla keçməsi, onun akademik göstəriciləri və arbitraj sahəsində qazandığı bilikləri yüksək qiymətləndirilib.
SIAC dünyada ən çox seçilən ikinci, Asiyanın isə birinci arbitraj institutu hesab olunur və bu sahədə müasir yanaşmalarla beynəlxalq standartların formalaşmasına liderlik edir.
Təcrübə proqramı çərçivəsində tələbəmiz SIAC-ın arbitraj işlərinin aparılması, hüquqi araşdırmalar və prosessual məsələlərin icrası kimi proseslərdə birbaşa iştirak edəcək.
Bu uğur tələbəmizin şəxsi nailiyyəti olmaqla yanaşı ölkəmizin gənclərinin beynəlxalq arbitraj sahəsində təmsilçiliyinin genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Təbrik edirik və gələcək uğurlar arzulayırıq!
#ElmvəTəhsilNazirliyi #DövlətProqramı