DP təqaüdçümüzdən beynəlxalq uğur!
DP təqaüdçüsü Aygün Bədəlova hazırda İngiltərədə Alzheimer xəstəliyi ilə bağlı kliniki tədqiqat aparır. O, ötən ay Cambridge Universitetinin təşkil etdiyi 8th Cambridge Neuroscience Symposium – Interventions & Recovery tədbirində çıxış edərək tədqiqat nəticələrini uğurla təqdim edib.
Aygün xanım təqdimatında Alzheimer xəstələri üçün hazırladığı yeni neyroreabilitasiya üsulundan və 6 həftəlik terapiya proqramının yaddaşın bərpasında əldə etdiyi müsbət təsirlərdən bəhs edib.
Hal-hazırda Aygün Bədəlova İngiltərədə Nevrologiya İnstitutunun Beyin Bərpa və Reabilitasiya şöbəsində Alzheimer xəstəliyi üzrə doktorantura təhsilini davam etdirir.
Aygün xanımı uğurlu çıxışı və araşdırmaları münasibətilə təbrik edirik!
#ElmvəTəhsilNazirliyi #DövlətProqramı