• 30.09.2025
  • 31
Proqram iştirakçısının məqaləsi 83-cü “Cihaz Tədqiqatları Konfransı”nda təqdim olunub

Dövlət Proqramı iştirakçısı Sahibzaman Şirinovun birinci müəllifi olduğu məqalə 83-cü “Cihaz Tədqiqatları Konfransı”nda ( IEEE Device Research Conference 2025) təqdim olunub.
 

Sahibzaman Şirinovun birinci müəllif olduğu “Two-Terminal Self-Rectifying Metal-Insulator-MoS₂ Optoelectronic Synapse for Neuromorphic Vision Systems” adlı məqalə 83-cü IEEE “Cihaz Tədqiqatları Konfransı”nın (Device Research Conference 2025) materiallarında tarixində qəbul edilərək təqdim olunub. 


Qeyd edək ki, IEEE (Institute of Electrical and Electronics Engineers) tərəfindən təşkil edilən bu nüfuzlu beynəlxalq konfrans cihaz fizikası, istehsal metodları və dövrə səviyyəli yeniliklər üzrə dünyada ən uzunömürlü və ən seçici forumlardan biridir. “Device Research Conference 2025” tədbirində təqdimat ciddi elmi qiymətləndirmədən keçməyi və beynəlxalq cihaz tədqiqatları icması tərəfindən yüksək tanınma imkanı qazandırı.

Bu tədqiqatda iki-terminal, öz-rektifikasiyaedici MoS₂ optoelektron memristiv cihazı təqdim olunub və o, keçiriciliyin optik proqramlaşdırılması və çoxsəviyyəli yaddaş hallarının dəstəklənməsi ilə seçilir. Cihazlar yüksək ON/OFF nisbətləri (işıq altında 1000-dən artıq), 16 fərqli keçiricilik səviyyəsi (4-bit proqramlaşdırma) və 32,000-dən artıq dövr üçün dözümlülük nümayiş etdirib. Bu xüsusiyyətlər neuromorfik görüntü sistemlərində enerji səmərəliliyi, massiv sıxlığı və “sneak-path” problemləri kimi əsas məhdudiyyətlərin birbaşa həllinə xidmət edir. 


Birinci müəllif kimi Sahibzaman Şirinov şəxsən Duke Universitetində yerləşən çiplərin istehsal edilməsi üçün nəzərdə tutulan otaqlarda (cleanroom) cihazların toplu nümunələrini (batch) istehsal etmiş, onların elektrik və optik xüsusiyyətlərini tam şəkildə xarakterizə etmiş və son optimallaşdırılmış cihaz dizaynını inkişaf etdirmişdir. Bu iş onun Duke Universitetində Roy laboratoriyasında apardığı tədqiqatların bir hissəsi kimi həyata keçirilmişdir. Roy laboratoriyası qabaqcıl yarımkeçirici və neuromorfik cihaz tədqiqatları üzrə aparıcı qruplardan biridir.

 

Xatırladaq ki, Şirinov Sahibzaman "2022-2028 Dövlət Proqramı" çərçivəsində ABŞ-nin "Duke University" ali təhsil müəssisəsində "Electrical and Computer Engineering"  ixtisası üzrə magistratura təhsil səviyyəsində təhsil alır.

 

Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!


Məqaləyə keçid linki

 

Qalereya