Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı üzrə 2025-ci tədris ili üçün bakalavriat səviyyəsində tələbə qəbulu göstəricisi 100 faiz olub.
Bu nəticə, iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın uğurlu şəkildə həyata keçirildiyini və proqramın abituriyentlər arasında böyük maraq doğurduğunu bir daha təsdiqləyir.
Qeyd edək ki, bu ildən ADAU-EGE beynəlxalq ikili dipom proqramına qəbul “Bitki mühafizəsi”, “Aqronomluq”, “Aqromühəndislik”, “Zoomühəndislik”, “Bağçılıq” və “Torpaqşünaslıq” ixtisasları üzrə aparılıb.