• 19.08.2025
  • 136
Proqram iştirakçısı beynəlxalq konfransda tədqiqatla çıxış edib

"2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Bristol” ali təhsil müəssisəsində Təhsil ixtisası üzrə doktorantura səviyyəsində təhsil alan Lalə İsmayılova “Müəllimlərin rifahı və təhsildə dəyişikliklər” mövzusunda apardığı tədqiqatla Kembricdə keçirilən “8-ci Beynəlxalq Tədris və Təhsil Konfransı”nda (WorldCTE 2025) çıxış edib.

Proqram İştirakçısının tədqiqat işi yüksək dərəcədə müsbət qarşılanıb və təhsilin keyfiyyətini artırmaq məqsədi baxımından aktuallığı ilə fərqlənib.

Bundan əlavə, bu tədqiqat işi “University of Bristol” akademik heyəti və doktorantları ilə keçirilən “Celebration” tədbirində də təqdim edilib.

 

Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!