• 13.08.2025
  • 473
Dövlət Proqramı iştirakçıları ilə Orientasiya görüşü keçirilib

13 avqust 2025-ci il tarixində “2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı Təqaüdçüsü adını qazanmış gənclərlə Orientasiya görüşü keçirilib.

Görüş çərçivəsində Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndələri tərəfindən Dövlət Proqramı çərçivəsində təhsillə əlaqəli zəruri məlumatlar Proqram İştirakçılarının diqqətinə çatdırılıb.

Sonda tədbir sual-cavab sessiyası ilə davam edib. İştirakçılar tərəfindən ünvanlanan bütün suallar cavablandırılıb, bir sıra vacib məqamlar gənclərə bir daha izah olunub.


Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə Dövlət Proqramına seçilmiş 500 nəfər iştirakçı dünyanın 14 ölkəsinə aid 64 nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar.

 
Qalereya