Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında birgə həyat keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində “Bitki mühafizəsi”, “Aqronomluq”, “Aqromühəndislik” və “İqtisadiyyat” ixtisasları üzrə təhsil alan IV kurs tələbələri təhsillərinin son ilini və “Təcrübə I və II” proqramını Ege Universitetində davam etdirəcəklər.
Proqram çərçivəsində tələbələr Ege Universitetində öz kafedraları ilə tanış olub, onlara dərs deyəcək müəllimlərlə görüş keçirilib. Təcrübə müddətində həyata keçiriləcək aylıq fəaliyyət planı tələbələrə təqdim olunub.