Dövlət Proqramı iştirakçısı Cavid Rəhimli 19 iyun tarixində Kral Beynəlxalq Münasibətlər İnstitutunun (Chatham House) flaqman illik konfransında iştirak edib. Konfransın ümumi mövzusu dünya qaydalarının yenidən yazılması olub.
Tədbirdə NATO-nun keçmiş Baş katibi, Britaniya hökumət üzvləri, amerikalı generallar, səfirlər, biznes və akademiya liderləri çıxış ediblər.
“Chatham House”un “Ümumi Gələcək Dialoqları” platformasının aktiv üzvü olan Cavid Rəhimli “Gələcək nəsil” adlı qapalı panelə dəvət alaraq “Chatham House qaydası” ilə çıxış edib.
Qeyd edək ki, Cavid Rəhimli "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “University of Cambridge" ali təhsil müəssisəsində “Beynəlxalq Hüquq" ixtisası üzrə magistratura səviyyəsində təhsil alır.